5 İyun 2014 20:35
700

İraqın Felluce şəhərində tank mərmisinin evə düşməsi nəticəsində 8 nəfər ölüb, 9 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, Felluce dövlət xəstəxanasından verilən məlumata görə, xəstəxanaya gətirilənlərin hamısı mülki vətəndaşlardır.

Hadisə ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, İraq hökuməti bu bölgədə İraq Şam İslam Dövləti (İŞİD) təşkilatına qarşı geniş əməliyyatlar həyata keçirir.

Uğur


Müəllif: