5 İyun 2014 23:49
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyi Naxçıvan sərhədində bu gün iki əsgərinin Azərbaycan ordusu tərəfindən öldürülməsi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikini Müdafiə Nazirliyinə dəvət edib.


Teleqraf.com bildirir ki, bu barədə Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Hovannisyan bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin təmas xəttində snayperlərdən istifadə etdiyini qonağın nəzərinə çatdırmaq niyyətindədirlər.

Qeyd edək ki, 3 gün öncə Ermənistan tərəfinin Naxçıvan istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgəri Zaur Həsənli şəhid olub. Bu gün isə Ararat-Naxçıvan sərhədində iki erməni əsgəri snayperimizin gülləsinə tuş gəlib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın atəşkəsi pozması və bir nəfər əsgərimizin şəhid olması ilə bağlı heç bir beynəlxalq quruma müraciət etməmişdi.


Müəllif: