6 İyun 2014 12:19
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Asiyadakı hərbi əməliyyatlarının əsas dayağı olan Qırğızıstanda yerləşən “Manas” hərbi bazası bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə “TRT Avaz” kanalı məlumat yayıb.

Qırğızıstan və Amerika Birləşmiş Ştatları arasında baş tutan razılaşma çərçivəsində Bişkek Beynəlxalq hava limanında olan “Manas” bazası tamamilə boşaldılıb.

ABŞ əsgərlərinin təxminən 13 illik istinadgahının açarları Qırğızıstan hökumətinə təslim edilib.

Bu baza ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarında strateji nöqtə rolunu oynayıb və təxmini rəqəmlərə görə tranzit yer kimi buradan 5 milyona qədər əsgər Əfqanıstana və əks istiqamətə daşınıb.

Bundan əlavə “Manas”da Əfqanıstan müharibəsi dönəmində 33 min təyyarə havada, 136 min təyyarə yerdə yanacaqla təmin edilib və 42 min yük daşıması reallaşdırılıb.

“Manas”ın Vaşinqton tərəfindən icarəsi bu ilin fevralında bitib, amma rəsmi razılaşmaya əsasən, hərbi baza bu ilin iyulunda tamamilə bağlanacaq.


Müəllif: