20 Aprel 2014 11:39

Bəhreyn paytaxtı Manamanın yaxınlığında avtomobildə baş vermiş partlayış nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.

Fars Körfəzindəki ada dövlətinin Daxili İşlər Nazirliyinin məlumatına görə, maşın partlayıcı qurğu ilə dolu ola bilərdi.

Hazırda məlum deyil ki, ölənlər özləri partlayış törətmək istəyiblər və ya onların maşınını başqası minalayıb.

Ölkədə müxtəlif obyektlərin partladılması halları da artıb.

Teleqraf.com


Müəllif: