6 İyun 2014 14:56
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna məhsullarının, xüsusilə kartofun idxalını məhdudlaşdırır. Bu barədə “Rosselxoznadzor”dan (Rusiya Kənd Təsərrüfatı üzərində Nəzarət Komitəsi) bildiriblər.

Teleqraf.com xəbər verir ki, Komitə bu qərarı guya Ukraynanın qızılı kartofunda ziyanvericilərin olması ilə əsaslandırıb.


Verilən məlumata görə, qərar cari ilin 16 iyun tarixindən qüvvəyə minir.

“16 iyun 2014-cü il tarixinə qədər Rusiya Federasiyası ərazisinə gətirilən kartof, fitosanitar kontroldan keçdikdən sonra dövriyyəyə buraxıla bilər”, - deyə, komitənin qərarında deyilir.

Ülviyyə


Müəllif: