7 İyun 2014 11:46
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçılar Donetsk vilayətinin Aleksandrovka qəsəbəsinin rəhbəri və onun müavinini oğurlayıb.

Bu barədə Donetsk vilayəti dövlət administrasiyasının mətbuat xidməti bildirib.

“Hazırda onlar Donetsk vilayəti dövlət administrasiyasının binasındadır”, - xəbərdə deyilir. Donetsk vilayətinin qubernatoru Sergey Taruta isə separatçılarda 200-ə qədər girovun olduğunu bildirib.

Donetsk Şəhər Şurasının sabiq deputatı Dmitri Verzilov da bir müddət terrorçuların girovluğunda olub. “Azadlıq” radiosuna danışan sabiq deputat da girovların Donetsk vilayətinin dövlət administrasiyası binasının zirzəmisində saxlandığını təsdiqləyib.

“Binanın zirzəmisi çox qaranlıqdır. Oradakı yüzlərlə girov acdır, onlara su belə verilmir. Zirzəmiyə birinci mərtəbədən su damcılayır”, - D.Verzilov deyib.

Sabiq deputatın sözlərinə görə, terrorçuların nəzarətində olduğu bir neçə saat onun baxışlarını kəskin şəkildə dəyişdirib: “Düşünürdüm ki, bu insanların həqiqətən də hansısa bir siyasi mövqeyi, proqramı var. Amma mən girovluqda olduğum müddətdə qulurluq gördüm. Sadə insanlar bunu bilmirlər”.

D.Verzilovanın sözlərinə görə, terrorçular girovları sadəcə pul almaq üçün saxlayırlar./publika.az/


Müəllif: