7 İyun 2014 23:05
394

BMT Baş Assambleyasının nümüyəndələri Nelson Mandela adına mükafat təsis ediblər.

Yeni mükafat ayrı-ayrı şəxslərə BMT prinsip və məqsədlərinin gerçəkləşdirilməsinə bəxş etdikləri töhvələrə görə veriləcək. Bu barədə BMT mətbuat xidmətindən bildirilib.

BMT baş katibi Pan Gi Mun bu barədə qəbul edilmiş qətnaməni tarixi adlandırıb. Onun fikrincə, mükafat Mandelanın irsini qoruyub artırmağa imkan verəcək.

Nelson Mandela 5 dekabr 2013-cü ildə Yohannesburqdakı evində 95 yaşında dünyasını dəyişib. O, Cənubi Afrika Respuliksının ilk qara dərili prezidenti (1994-1999) olub. Mandela aparteid rejimi ilə mübarizəyə görə həyatının 27 ilini həbsxanada keçirib. 1993-cü ildə o, Nobel sülh mükafatına layiq görülüb./anspress/


Müəllif: