7 İyun 2014 23:29
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda nazirin təcavüzü müdafiə etməsi ölkədə şok effekti yaradıb.

Madya Pradeş əyalətinin Daxili İşlər naziri Babubal Qaur təcavüz mövzusundakı çıxışında "Təcavüz qadın və kişi üçün ictimai növdə olan cinayətdir. Bu da bəzən doğru, bəzən isə səhv addımdır. Əgər təcavüzlə bağlı şikayət olunmasa, heç bir tədbir görülə bilməz”, - deyə bildirib.

Qeyd edək ki, Hindistanda son dövrdə çox sayda qadının təcavüzə uğraması, xüsusilə də iki gənc qızın təcavüzə uğrayıb ağacdan asılmasından sonra təcavüz əleyhinə olan insanlar etiraz aksiyasıları keçirmişdi./axar/


Müəllif: