8 İyun 2014 00:16
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün andiçmə mərasimindən sonra Ukraynanın yeni prezidenti Petro Poroşenko mətbuata baba olması barədə xəbər verib.

Onun oğul nəvəsi dünyaya gəlib. “Bu gün ukraynalıların sayı bir nəfər də artdı. Mən baba oldum”, - deyə Ukraynanın ali baş komandanı bildirib.

Qeyd edək ki, Poroşenkonun 4 övladı var. Keçən il ailənin böyük oğlu 29 yaşlı Aleksey “McKinsey & Company” şirkətinin əməkdaşı 28 yaşlı Yuliya Əlixanova ilə ailə həyatı qurub. Onlar Fransada beynəlxalq biznes-məktəbində bir yerdə təhsil alıb.

Aleksey Poroşenko Ukraynanın Vinnitsk Vilayət Şurasının deputatıdır. Prezidentin əkiz qızları Yevgeniya ilə Aleksandra 14 yaşındadır. Ailənin kiçiyi Mixailin 13 yaşı var. /Ans/


Müəllif: