8 İyun 2014 01:34
576

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın TSN telekanalına müsahibəsində prezident Pyotr Poroşenkoya kömək etməyə hazırlaşdığını bildirib.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, tezliklə Tiflisdən Ukraynaya "gürcü iqtisadi möcüzəsi"ni yaradan islahatçılar qrupu gələcək.

Saakaşvili həmçinin, Poroşenkonu "hərbi dövrün prezidenti" adlandırıb və onun dəstəyə ehtiyacı olduğunu bildirib. О, deyib ki, Ədliyyə nazirliyi, iqtisadiyyat sahəsi və regionlarda gürcü məsləhətçiləri var.

Rusiya ilə münasibətlərə gəlincə, Saakaşvili Poroşenkonu öz mövqeyində möhkəm dayanmağa, antiterror əməliyyatlarını dayandırmamağa, şimal qonşusunun təxribatlarına uymamağa çağırıb.O, Kremllə olan acı təcrübəsinə əsaslanaraq, Poroşenkonun yalnız öz möqeyində israrlı olmaqla Putinlə danışıqlara getməli olduğunu bildirib.

Nihad


Müəllif: