8 İyun 2014 10:46
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə erməni immiqrantlara vətəndaşlıq verilməsi məsələsi müzakirə edilib.

Teleqraf.com bildirir ki, bu barədə müzakirələr Türk Dünyası Müdriklər Forumunun növbəti iclasında baş tutub.

Türkiyənin eyni adlı qəzetinin iddialarına görə, iclasda Ermənistandan gəlmiş şəxslərin Türkiyədə qeyri-leqal yaşaması barədə məsələ ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasın yekununda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana təqdim edilməsi üçün bir sıra təkliflər müəyyən olunub. Təkliflər paketində Türkiyədə qeyri-leqal yaşayan və çalışan ermənilərə vətəndaşlıq verilməsi təklif olunur. Bundan başqa iclas çərçivəsində Ərdoğanın Ermənistana 1915-ci ildəki hadisələrlər bağlı başsağlığı verməsi sammit iştirakçıları tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, hazırda Türkiyədə qeyri-leqal 30 min Ermənistan vətəndaşı yaşayır. /anspress/


Müəllif: