20 Aprel 2014 19:18
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası I Fransisk Müqəddəs Pyotr kilsəsində təşkil olunan Pasxa Bayramı mərasimində Ukraynada və Suriyada sülh üçün dua edib.

ANS PRESS-in məlumatına görə, Roma katolik kilsəsinin başçısı Ukraynada zorakılıqların qarşısının alınması məqsədilə münaqişəyə cəlb olunmuş bütün tərəflər üçün dua edib.

Roma Papası öz dualarında Suriyada uzunmüddətli və davamlı sülhə nail olunmasını arzulayıb.

Pontif həmçinin Nigeriyada terror aktları, İraqda zorakılıqlara son qoyulması, eləcə də Yaxın Şərqdə israillilər və fələstinlilər arasında sülhə nail olunması üçün dua edib.

Hər il minlərlə insan xristianların qeyd etdiyi ən mühüm günlərindən biri olan Pasxa münasibətilə mərasimi izləmək üçün Müqəddəs Pyotr meydanına toplaşır.


Müəllif: