9 İyun 2014 00:19

İyunun 5-dən başlayaraq Şimali Atlantika Alyansının - NATO-nun yüzlərlə tankı Litvanın Klaypeda limanına daşınır. Bu barədə "Delfi" agentliyi foto və video yayıb.

Ağır texnika Alyansın son illərin ən nəhəng "Saber Strike - 2014" (Qılıncla zərbə) adlı təlimləri üçün gətirilib. Bərə vasitəsi ilə NATO-nun "Leopard", "Piranya" və bu tipli ağır hərbi texnikası daşınıb.

Xatırladaq ki, tank və digər ağır texnikadan başqa Litvaya tibbi və digər personal təmsilçiləri də gəliblər.


Litvada keçiriləcək NATO-nun bu böyük hərbu təlimi son aylar Rusiyanın Ukraynaya və Baltikyanı ölkələrə təhdidinə cavab kimi qiymətləndirilir. Litva prezidenti Rusiyanın bu aqressiyasına qarşı ən sərt mövqe göstərən və NATO-dan Baltikyanı ölkələrin müdafiəsi üçün yardım istəyən liderlərdən sayılır. /Axar.az/


Müəllif: