9 İyun 2014 10:18
723

Türkiyə hüquq-mühafizə orqanları İstanbulun Okmeydanı adlanan yerində səhər saatlarında əməliyyata başlayıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əvvəldən təyin olunmuş ünvanlarda polis əməliyyata başlayıb.

İctimai Hadisələrə Müdaxilə Maşınları (türkcə TOMA) isə Mithatpaşa və Piyaləpaşa küçələrində hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, Türkiyənin adı çəkilən bölgəsində bir neçə gündür qarşıdurmalar yaşanır.


Müəllif: