9 İyun 2014 10:59
417

Xüsusi dəstə Okmeydanı mühasirəyə alıb.

Səhər saatlarında Türkiyənin İstanbul şəhərində yerləşən Okmeydanda əməliyyat keçirilib.

Axar.az xəbər verir ki, bu səhər Türkiyə vaxtı ilə saat 05:30-da İstanbulun Bəyoğlu səmtində yerləşən Okmeydanın ara küçələrinə İstanbul Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyinə aid qüvvələr Çevik Polis Alayı və Xüsusi Hərəkat Komandaları cəlb olunub.

Okmeydanı mühasirəyə alan polis qrupları ilə yanaşı əraziyə “əqrəb” adlandırılan zirehli vasitələr və TOMA-lar cəlb edilib. Okmeydanın Cemevi qarşısına da polis Xüsusi Hərəkat Komandalarının cəlb edilməsi diqqət çəkib.


Müəllif: