9 İyun 2014 17:21

“Rusiya müharibənin yeni versiyasını həyata keçirir və əvvəlkinə nisbətən indi daha güvənli siyasət yürüdür”.

Axar.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Anders Foq Rasmussen Brüsseldə Rusiya Federasiyasının nümayəndələri ilə görüşdə bildirib.

O, NATO-nun Rusiyaya qarşı imkanlarının daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu söyləyib:

“Rusiya Ukraynaya qarşı təcavüzünü aydın şəkildə nümayiş etdirir və o, yeritdiyi siyasətlə son dərəcə özünə güvənir. Onlar müharibənin yeni formasını həyata keçirirlər. Biz də öz növbəmizdə belə gizli hücumları əks etdirmək üçün qabiliyyətimizi və imkanlarımızı daha da yaxşılaşdırmalıyıq”.


Müəllif:
Загрузка...