9 İyun 2014 18:08
531

Rusiya prezidenti Vladimir Putin Misir prezidentliyinə and içərək işə başlayan general Əbdülfəttah Sisini təbrik edib.


Axar.az xəbər verir ki, andiçmə mərasiminə Rusiya Dövlət Dumasının alt qatının sədri Sergey Narışkin qatılıb.


Qeyd edək ki, Sisiyə təbrik teleqramı göndərən Putin onu iş birliyinə dəvət edib. Bundan başqa, Putin ən qısa zamanda Sisini Rusiyada görmək istədiyini vurğulayıb.


Rus lider məktubunda Misir ilə Rusiyanın hərtərəfli əlaqələrinin inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb: “Seçimin nəticələrinə uyğun olaraq Misir xalqı öz liderini seçdi. Buna görə sizi təbrik edirəm. Yekdilliklə Misir xalqının iradəsi, iqtisadi yüksəlişə “hə” deməsi sizin göstərdiyiniz tədbirlərin nəticəsidir. Rusiya ilə Misir arasında zəngin tarixi əlaqələr olub. Bu əlaqələr gələcəkdə daha da inkişaf edəcək”.


Putin məktubunda Misirin xarici siyasətinin gələcəkdə uğurla davam edəcəyini vurğulayıb: “Misir beynəlxalq arenada daha da möhkəmlənəcək və ərəb dünyasında liderlik mövqeyini daha da gücləndirəcək. Rusiya beynəlxalq arenada Misiri bütün məsələlərdə tam dəstəkləyir”.


Xatırladaq ki, Misirdə 3 iyul 2013-cü ildə hərbi çevriliş nəticəsində Məhəmməd Mursi hakimiyyəti devrilmişdi. Keçirilən prezident seçkilərində keçmiş Müdafiə naziri Əbdülfəttah Sisi 96,9% səslə Misir prezidenti seçilib.


Müəllif: