10 İyun 2014 10:20
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə səfərdə olan İran prezidenti Həsən Ruhani nazirlər kabinetinin binasında baş nazir Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında Suriya ilə bağlı mövqeyini açıqlayıb.

"Suriyada qan axıdılmasın, qarşıdurmalar olmasın, başqa yerlərdən gələn terrorçular ölkədən çıxarılsın", deyə Ruhani bildirib.

İran prezidenti Suriya məsələsində Türkiyə ilə fərqli mövqeləri paylaşdıqlarına işarə vurub.


Ruhani Bəşər Əsədə təbrik məktubu göndərdiyini də etiraf edib: "Bəli, təbrik etmişəm. Suriyanın taleyini xalq müəyyən etməlidir, kənar qüvvələr deyil".

Ayxan


Müəllif: