10 İyun 2014 11:20
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri (TSK) əsgərləri atəşə tutulub.

Bu barədə Türkiyə Baş Qərargahından açıqlama verilib.

Açıqlamada qeyd olunub ki, ölkənin Şırnak və Diyarbəkir bölgələrində xidmət edən edən əsgərlər iriçaplı silahlardan atəşə tutulub.

Baş Qərargahdan həmçinin bildiriblər ki, Şırnakın Uludərə bölgəsində separataçı terror təşkilatına məxsus bir qruplaşma tərəfindən Türkiyə Quru Qoşunlarının sərhəd boyu mövqeləri atəşə tutulub.

TSK əsgərlərinin açdığı cavab atəşi nəticəsində qarşı tərəf susdurulub./anspress/


Müəllif: