10 İyun 2014 12:17
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiyamçılar bu gün Slavyanskda yenidən hökumət qüvvələrini atəşə tutub

Bu gün səhər tezdən Ukraynanın şərqində separatçılarla hökumət qüvvələri arasında silahlı toqquşmalar yenidən intensivləşib.

Teleqraf.com-un xəbərinə görə, özlərini “özünümüdafiə qüvvələri” adlandıran qiyamçılar Ukrayna milli qvardiyasının Slavyanskla Kramatorsk arasında yerləşən blokpostuna hücum ediblər. Milli qvardiya əsgərlərinin əks həmləsi nəticəsində separatçıların biri öldürülüb, ikisi isə yaralanıb. Nəticədə “özünümüdafiə qüvvələri” ciddi itki verərək, geri çəkilməli olub.

Xatırladaq ki, Slavyansk ətrafında hökumət qüvvələrinin antiterror əməliyyatları artıq xeyli müddətdir, davam edir. Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenko yaxın bir həftə ərzində ölkənin şərqində atəşkəsə nail olacağını vəd edib.

Nail Cəlil


Müəllif: