10 İyun 2014 15:57
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq və Şam İslam Dövləti” hərbi qruplaşmasının yaraqlıları bu gün İraqda Türkiyə vətəndaşı olan 28 sürücünü girov götürüblər.

Teleqraf.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, sürücülər Türkiyənin İskenderun limanından İraqın Mosul şəhərindəki Geyara istilik stansiyasına dizel yanacağı daşıyarkən terrorçular tərəfindən ələ keçiriliblər. Hadisənin necə baş verməsi, dəqiq təfərrüatları hələ ki, bəlli deyil.
Terrorçular artıq Mosul şəhərini də tam nəzarət altına alıblar.

Qeyri-rəsmi mənbələrə istinadən yayılan informasiyalarda əhalinin tələsik Mosulu tərk etdiyi bildirilir. İslamçı radikalların nəzarət etdiyi ərazilərdə yerli “Səma” və “Nineva” telekanallarının yayımı dayandırıb.


Müəllif: