10 İyun 2014 16:01
1 018

Bu gün Türkiyənin Yüksək Seçki Qurulu ölkədə avqustun 10-da keçiriləcək prezident seçkisində tətbiq olunacaq seçki təqvimini açıqlayıb.

Təqvim prezident seçkiləri kampaniyası ilə bağlı bir sıra mühüm prosedurları, qaydaları əhatə edir. Müvafiq təqvimə əsasən, Türkiyədə prezident seçkiləri kampaniyası iyun ayının 29-da başlayacaq. Bundan sonra seçkilərə qatılması mümkün olan siyasi partiyaların sırası müəyyənləşdirilərək elan olunacaq. Prezidentliyə iddialı namizədlər iyulun 3-dək qeydə alınmaq üçün müraciət edə bilərlər.
Bu, Türkiyədə ümumxalq səsverməsi ilə keçiriləcək ilk prezident seçkiləri olacaq. Belə ki, Ana Yasaya – Konstitusiyaya edilən son dəyişikliklərə qədər Türkiyədə dövlət başçı 7 il müddətinə parlament tərəfindən seçilirdi.

Həsən Ruhanidən Rəcəb Tayyıb Ərdoğana ağır sözlər:

“Bəli, mən Bəşər Əsədə təbrik mesajı göndərdim”

Baş nazir Rəcəb Tayyıb Ərdoğan ilə İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkiyə baş nazirinin mərkəzi iqamətgahında keçirdikləri görüşdən sonra media qarşısına çıxaraq, birgə mətbuat konfransı təşkil ediblər. Konfransda Həsən Ruhani Suriya ilə əlaqədar soruşulan bir sualı belə cavablandırıb: "Suriyada qanın axıdılması, qarşıdurmalar dayansın, müxtəlif ölkələrdən gələn terrorçu qruplar oradan çıxardılsın".

İran prezidenti Suriya məsələsində Türkiyə və İran arasında fikir ayrılığının olması və Ruhaninin Bəşər Əsədə təbrik mesajı göndərdiyi barədə suallara belə aydınlıq gətirib: "Suriya, bölgə ölkələri ilə əlaqədar danışdıq. Bu, strateji qaydalar çərçivəsindədir. Biz bütün xalqa tabeyik. Suriyada baş verənlər sabitlik və barış üçün birinci addım sayılır. Suriyanın yaxşı bir mövqeyə gəlməsi üçün qarşısında uzun müddət vardır. Suriyada qanın axıdılması dayansın, qarşıdurmalar dayansın, müxtəlif ölkələrdən gələn terrorçu qruplar oradan çıxardılsın. Suriyanın gələcəyi öz xalqının əlində olsun. Bəli, mən təbrik mesajı göndərdim".

Ruhaninin bu sözləri konfrans salonunda alqışlarla qarşılanıb.


Müəllif: