10 İyun 2014 17:49
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabin Berger: “Danışıqların növbəti mərhələsinin vaxtı bəlli deyil”

“Avropa Komissiyası Ukrayna, Rusiya və Avropa İttifaqı arasında mübahisəli enerji - qaz məsələlərinin nizamlanması ilə əlaqədar danışıqların növbəti mərhələsinin vaxtını müəyyənləşdirə bilməyib”.

Teleqraf.comun “UNİAN”agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri bu gün keçirilən brifinqdə Avropa komissarının energetika məsələləri üzrə nümayəndəsi Sabin Berger deyib. Onun sözlərinə görə, danışıqların novbəti mərhələsinin keçiriləcəyi məkan dəyişməz qalaraq, Brüssel olacaq. Qazın mümkün, gözlənilən qiyməti ilə bağlı Avropa komissarının nümayəndəsi bildirib ki, hələlik, bu məsələ açıq qalır.

Xatırladaq ki, aprel ayından etibarən Rusiya Ukraynaya imtiyazlı şərtlərlə qaz satışından imtina edib. Nəticədə qazın hər min kubmetri üçün qiymət 268,5 dollardan 485 dollara yüksəlib. Bunun nəticəsində Ukraynanın qaza görə Rusiyaya yaranan borcu 5,2 milyard dolları keçib.


Müəllif: