10 İyun 2014 18:20
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçılar 2000 hərbçini yerli aeroportda əhatəyə alıb.

Ukraynanın şərqində separatçı meyllər nəticəsində yaranan gərginlik bu gün milli qvardiya əsgərlərinin Luqansk aeroportunda mühasirəyə düşməsi ilə yenidən kəskinləşib. Separatçılar aeroporta giriş-çıxış yollarını tam bağlayıblar.

Teleqraf.comun “RİA Novosti” agentliyinə istinadən əldə etdiyi məlumata görə, qiyamçılar hökumət qüvvələrinə silahlarını təhvil verərək, təslim olmağı təklif edir.

Separatçı “Luqansk Xalq Respublikası”nın başçısı Valeriy Bolotov bununla bağlı qeyd edib ki, hazırda aeroport tam bloklanıb:

“Onlar (hökumət qüvvələri) danışıqlara girməyə cəhd edirlər”. O, bildirib ki, silahlarını təhvil verəcəkləri təqdirdə qvardiyaçılara ərazini tərk etmək imkanı yaratmağa hazırdırlar.


Müəllif: