10 İyun 2014 21:15
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail parlamenti Reuven Rivlini yeni İsrail prezidenti seçib.

ANS PRESS-in məlumatına görə, 120 yerlik Knessetdəki seçkidə Rivlin 63 səs toplayıb. O, baş nazir Netanyahunun Likud partiyasındandır.

Rivlin ərəblərlə əməkdaşlığa tərəfdardır. O, daha çox fələstinliyə İsrail vətəndaşlığının verilməsi fikrini dəstəkləyir. Ancaq o, Fələstin dövlətinin yardılmasının əleyhinədir.

Reuven Rivlin Fələstinlə konfederasiyanın yaradılmasını istəyir. Bu ideyanı Fələstin tərəfi çoxdan rədd edib.

Qeyd edək ki, İsraildə prezidentin demək olar ki, heç bir əhəmiyyətli səlahiyyəti yoxdur.


Müəllif: