10 İyun 2014 22:12

38 yaşlı ukraynalı Vladimir Kliçko növbəti döyüşlərindən birini Donetskdə keçirməyə hazır olduğunu bildırib.

Teleqraf.com bildirir ki, Kliçko bu gedişlə ölkənin imicini qaldırmağa kömək edəcək. Vladimir Kliçkonun sözlərinə görə Donetskdə vəziyyət stabilləşəndən sonra burada döyüş keçirməklə dünyaya səs salacaq.

Bütün dünyaya Ukraynada sülhün bərqərar olduğunu göstərməyə çalışan Kliçko bu haqda bunları deyib: "Mən Donetskdə təkbətək döyüş keçirməyə qarşı deyiləm, nə vaxt ki, orada sakitlik yaranacaq, döyüşlərimdən birini orada və ya Lvovda keçirə bilərəm. Amma mən döyüşümü məhz Kiyevdə keçirmək çox istəyərdim”. /anspress/


































Müəllif:
Загрузка...