10 İyun 2014 23:01
352

İyunun 10-da Ukraynanın Slavyansk şəhərində gedən ağır döyüşlərdə 2 uşağın həlak olması xəbərini Ukrayna rəsmiləri təsdiq edib.

Teleqraf.com bildirir ki, rəsmilər faciənin təfsilatlarının aydınlaşdırılacağını vəd edirlər.

Bu arada günorta saatlarında Slavyansk şəhərinin qondarma meri Vyaçeslav Ponomaryovun hakimiyyətdən uzaqlaşdırılması və həbs edilməsi haqda məlumatlar hələ ki, öz təsdiqini tapmır. Lakin məlumatı təkzib edənlər də onun köhnə fotolarını yaymaqla vəziyyətə xüsusi aydınlıq gətirmirlər.

Sosial şəbəkədə isə Donetskdən maraqlı bir video yayılıb.

Ukraynanın şərqində hakimiyyəti ələ keçirən silahlı qruplaşmalar burada öz qaydalarını tətbiq edir. Donetsk və Luqanskda hərbi vəziyyət elan edib səfərbərlik keçirirlər, insanları girov götürürlər və bəyənmədikləri biznesmenlərin şirkətlərini milliləşdirirlər. Silahlılar özlərini həm qanunverici, həm icraedici, həm də məhkəmə kimi aparırlar. Görüntülərdə 2 nəfər Donetsk küçələrində təmizlik işi aparır. Onların üstünə lövhə yapışdırılıb: "Mən oğruyam". "Oğruların" keşiyini çəkən adamın əlindəki avtomat çox böyük ehtimalla, ya Ukrayna silahlı birləşmələrinin anbarından oğurlanıb, ya da qaçaqmalçılıqla Rusiyadan Ukraynaya keçirlib. /anspress/


Müəllif: