11 İyun 2014 00:06
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mosul və Kərkükə olan hüquqları yenidən gündəmə gəlib.


Axar.az xəbər verir ki, 1926-cı ildə İstanbulda imzalanan müqavilə əsasında Türkiyə ordusu Mosul və Kərkükü tərk etmişdi. Ancaq müqaviləyə əsasən, bu iki şəhərə təhlükə yaranacağı təqdirdə Türkiyə ordusu İraqa daxil ola bilər.

Hazırda İŞİD Mosulu işğal etdiyi üçün Türkiyənin 1926-cı il İstanbul müqaviləsindən istifadə edərək, ordusunu İraqa yeritmək məsələsi gündəmə gəlib. Həmçinin, İraq Baş naziri Malikinin başda Avropa Birliyi olmaqla, dünya ölkələrinə təcili kömək üçün çağırış etməsi də Türkiyənin Mosul və Kərkükü qorumasını qaçılmaz edir.

Xatırladaq ki, Mosul və Kərkükdə 3 milyondan artıq azərbaycanlı yaşayır. Fasilələrlə 150 ilə yaxın davam edən Osmanlı-Səfəvi müharibələrindən sonra Səfəvilərin tərkibindəki bu ərazi Osmanlı imperiyasına birləşdirilib. Osmanlı imperiyasının süqutundan sonra isə Mosul və Kərkük İraqın tərkibinə qatılıb.


Müəllif: