11 İyun 2014 00:12
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müasir dünyada jurnalistikanın rolu azalmır".

Teleqraf.com bildirir ki, bu fikri İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini, həmvətənimiz Mixail Qusman mediaforum çərçivəsində “XXI əsrin çağırışları və təhdidləri. Münaqişə və müharibələrin qarşısının alınmasında beynəlxalq birliyin rolu” mövzusuna həsr edilmiş panel sessiyasında söyləyib.

Mixail Qusman belə bir fikirlə razılaşmayıb ki, guya jurnalist peşəsi itirilib və piara çevrilib. O deyib: “Jurnalist sözünə, jurnalist şərəfinə, həqiqət axtarışına tələbat həmişə olub və olacaq. İnsanlar şərəfli jurnalist sözünə qulaq asır, ona inanırlar. Şərəf – ideoloji anlayış deyil, mənəvi məfhumdur. Müqəddəs dəyərlər hamı üçün müqəddəsdir”.

Qeyd edək ki, Minskdə IX Belarus Beynəlxalq Mediaforumu keçirilir. Forumun işində Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) də iştirak edir. /anspress/


Müəllif: