11 İyun 2014 10:11
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək bu gün Azərbaycana səfər edəcək.

Cəmil Çiçək Bakıda keçiriləcək TÜRKPA-nın İdarə Heyətinin 5-ci iclasında iştirak edəcək. Cəmil Çiçəyin Bakıda bir sıra rəsmi görüşlərdə iştirak edəcəyi bildirilir.

Sədrin səfəri sabah yekunlaşacaq.

Qeyd edək ki, bir müddət bundan öncə Türkiyə baş naziri Rəcəb Tayib Ərdoğanın müavini Bəşir Atalay da Azərbaycana səfər edib.

B. Atalay fövqəladə hallarla bağlı Qəbələdə keçirilən Beynəlxalq Konfransda iştirak edib./anspress/


Müəllif: