11 İyun 2014 12:00
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki Ukraynada baş verənlərlə bağlı Rusiya prezidenti Vladimir Putinin ünvanına növbəti tənqidlər səsləndirib.

Teleqraf.com-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o, qeyd edib ki, bir neçə gün əvvəl Putin Rusiya – Ukrayna sərhədinin əlavə tədbirlərlə möhkəmləndiriləcəyini, silahların, hərbi ləvazimatın, silahlı adamların Ukrayna ərazisinə keçməsinin qarşısını alacağını bildirmişdi: “Lakin biz bu istiqamətdə atılmış addımların şahidi olmamışıq”.

Xatırladaq ki, iyunun 7-də Vladimir Putin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd bölməsinə Ukrayna ilə dövlət sərhədinin mühafizəsi rejimini gücləndirməklə bağlı xüsusi göstəriş verib. Bu barədə jurnalistlər Rusiya prezidentinin mətbuat xidməti tərəfindən məlumatlandırılıb.

Nail


Müəllif: