11 İyun 2014 12:03

Ukraynaya qazın nəqli ilə bağlı Rusiya tərəfinin öncədən ödəmə rejiminin tətbiqi qərarının icrası iyunun 16-dək təxirə salınıb.

Teleqraf.com-un “RİA Novosti”yə istinadən verdiyə məlumata görə, bu barədə bu gün gecə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller məlumat verib: “Rusiya tərəfi intensiv şəkildə aparılan danışıqları davam etdirmək üçün bu addımı atıb”.

Miller onu da qeyd edib ki, bu gün davam etdirilən Rusiya, Ukrayna və Avropa İttifaqı rəsmilərinin üçtərəfli görüşünün nəticələrinə uyğun olaraq, “Qazprom” şirkəti tərəfindən müvafiq addımlar atılacaq.

“Qazprom”un rəhbəri tərəflər arasında konstruktiv dialoqa ümid etdiyini söyləyib.

Nail


Müəllif:
Загрузка...