11 İyun 2014 12:36
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının deputatı Aleksey Mitrofanovun mandatı ləğv olunub.

Teleqraf.com-un xəbərinə görə, mandat Rusiya Baş prokurorluğunun istəyi ilə ləğv edilib. Bundan sonra deputatın işi üzrə araşdırmaların daha asan aparılacağı gözlənilir.

Xatırladaq ki, deputat dələduzluq və vəzifəsindən sui-istifadədə ittiham olunur.

İilkin araşdırma zamanı məlum olub ki, Mitrofanov və onun köməkçisi Aleksandr Derevşikov, həmçinin məhkəmə icraçısı Radiş Sutiev, biznesmen Vyaçeslav Jarovdan 200 min ABŞ dolları məbləğində rüşvət tələb ediblər. Bu məbləğ guya məhkəmədə qərarın Derevşikovun xeyrinə qəbul olunması üçün tələb olunub.

Ülviyyə


Müəllif: