21 Aprel 2014 11:55
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jirinovskinin "İnterfax" agentliyindən qovdurmaq istədiyi müxbir mükafatlandırılıb.

Məlumata görə, "Interfaks” agentliyinin rəhbərliyi LDPR fraksiyasının rəhbəri, Rusiya Dumasının qalmaqallar yaradan deputatı Vladimir Jirinovskinin təhqir etdiyi jurnalisti müdafiə edən müxbir Yuliya Çüçalovanı mükafatlandırıb. Onun mükafatlandırılması haqqında əmrdə qeyd olunub ki, “Yüksək vətəndaş mövqeyinə, jurnalist həmrəylik göstərdiyinə və peşəkarlığına görə” mükafatlandırılsın.

Xatırladırıq ki, aprelin 18-də Jirinovski Parlament Jurnalistlərinə müsahibə verərərkən, Rusiyanın sanksiyalara mövqesini öyrənərkən, partiya lideri əsəbiləşərək onu təhqir edərək, əməkdaşlarından hamilə jurnalistə güc tətbiq etməsini istəmişdi. Jurnalist həmlarını müdafiə edən Yuliya Çüçalovanı “İnterfaks" agentliyindən qovduracağını bəyan etmişdi.

Qeyd edək ki, baş verən insidentlə bağlı Jirinoviski jurnalistlərdən üzr istəyib.


Müəllif: