11 İyun 2014 16:51
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Ukraynanın Artyomovsk şəhərində separatçılarla anti-terror qüvvələri arasında baş vermiş döyüşün təfərrüatları ortaya çıxıb.


Döyüşdən əvvəl Milli Qvardiyanın döyüşçüləri ilə separatçılar arasında danışıq təşkil olunub.


Lakin separatçılar danışıqları pozaraq hərbçilərə atəş açıblar. Cavab atəşi ilə separatçıların “Veles” ləqəbli lideri öldürülüb. Onunla birlikdə daha bir neçə separatçı məhv edilib.

Araşdırma zamanı məlum olub ki, “Veles” yalançı Serqey İoçkov adı altında əvvəllər müxtəlif separatçı təşkilatlarda fəaliyyət göstərib. Sonuncu dəfə isə o, Artyomovskda yerləşən hərbi hissələrə təşkil olunan hücumlara rəhbərlik edib.


“Veles”in öldürülməsindən sonra şəhərdə qalan separatçılar oranı tərk etməyə başlayıblar./axar/


Müəllif: