11 İyun 2014 17:07
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə irqçilərin Almaniya prezidentinə qarşı iddialarını rədd etdi

Almaniya prezidenti Yoahim Hauk konstitusiya məhkəməsinə ultrasağ mövqeli Milli Demokrat Partiyasının ona qarşı yönələn iddiasını rədd etdiyinə görə, öz təşəkkürünü bildirib.

Teleqraf.com-un “Sueddeutsche Zeitung” qəzetinin saytına istinadən əldə etdiyi məlumata görə, irqçi təmayüllü millətçi partiya hazırkı prezidenti 2013-cü ilin sentyabrında Hellersdorf rayonunda qaçqınlar üçün mərkəzin açılışında etdiyi çıxışa görə məhkəməyə verib.

Həmin mərkəzin açılışı ərəfəsində hökumət tərəfdarları ilə qaçqınlara sığınacaq verilməsinin əleyhinə olan millətçilər arasında müəyyən qarşıdurmalar yaranmışdı. Hökumət tərəfdarları daha kütləvi aksiya və müdafiə tədbirləri təşkil edərək, millətçilərin mərkəzin binasına zərər yetirməsinə imkan verməmişdilər.

Hadisələri şərh edən Almaniya prezidenti bildirmişdi ki, bizə küçələrə çıxıb axmaqlara öz həddini göstərən vətəndaşlar lazımdır. Bundan qəzəblənən millətçilər konstitusiya məhkəməsinə müraciət edərək, prezident tərəfindən onlara münasibətdə belə təhqiramiz ifadələr işlədilməsinin qadağan olunmasını tələb etmişdilər. Lakin bir müddət çəkən araşdırmadan sonra məhkəmə bu iddianı əsassız sayaraq, rədd edib.


Müəllif: