11 İyun 2014 17:15
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hökuməti separatçıların fəal müqavimət göstərdiyi Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət rejimi tətbiq etməyə hazırlaşmır.

Teleqraf.com-un UNİAN-a istinadən əldə etdiyi məlumata görə, bu barədə bu gün nazirlər kabinetinin iclasından öncə Ukraynanın müdafiə naziri vəzifəsini icra edən Mixail Koval məlumat verib.

Mixail Kovalın sözlərinə görə, Donetsk və Luqanskın antiterror əməliyyatı keçirilən rayonlarında fövqəladə vəziyyətin tətbiq olunması məsələsi Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında müzakirə olunmayıb. O, belə bir iclasın yaxın ərəfədə keçirilməsinin mümkünlüyü ilə bağlı sualı isə cavablandırmaqdan imtina edib.


Müəllif: