11 İyun 2014 17:46
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu heç bir müqavimət göstərmədən “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına təslim etdiyi Mosulu geri almaq üçün genişmiqyaslı əməliyyata başlayır.

Bu barədə İraq baş naziri Nuri əl-Maliki bildirib.


Xatırladaq ki, İraq ordu birləşmələri Mosul şəhəri, Kərkük vilayətinin bəzi mahal, nahiyə və kəndləri, həmçinin Tikrit şəhərinə yaxın bir neçə qəsəbəni İŞİD-ə müqavimət göstərmədən təslim edib. Geri çəkilən ordu güclərinin əllərindəki müasir və ağır silahları da İŞİD güclərinə saxladığı bildirilir.

Bütün bunlar isə hər şeyin planlı şəkildə baş verdiyi ilə bağlı iddialara yol açıb. Kərkükdən olan siyasi şərhçi Özdemir Hürmüzlü saytımıza açıqlamasında ortada gizli bir anlaşmanın olduğunu dilə gətirib./publika/


Müəllif: