11 İyun 2014 20:03
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərəflər arasında assosiasiya razılaşmasının iqtisadi hissəsinin imzalanması ləngiyə bilər

Avropa Birliyi ilə Ukrayna arasında assosiasiya haqqında razılaşmanın iqtisadi hissəsinin imzalanması tarixi başqa vaxta keçirilə bilər. Xatırladaq ki, müvafiq sazişin iyunun ikinci yarısında imzalanması planlaşdırılmışdı. Teleqraf.comun “EUobserver” nəşrinə istinadən əldə etdiyi məlumata görə, bu, iqtisadi sazişə təklif olunan düzəlişlərlə bağlıdır.

Avropa Birliyi Ukrayna ilə assosiasiya sazişinin iqtisadi hissəsini məhz müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra imzalamaq niyyətindədir. Bununla yanaşı, Ukrayna tərəfinin də yerli qanunvericiliyə dəyişikliklər etməsi tələb olunur.

Sənədin imzalanması tarixinin dəyişdirilməsi haqqında qərarın bu gün Belçikanın paytaxtı Brüsseldə qəbul olunduğu bildirlilir. Hələlik, bu qərar haqqında rəsmi məlumat yoxdur. 2 gün əvvəl – iyunun 9-da isə Avropa Komissiyasından bildirilmişdi ki, plan üzrə Ukrayna ilə razılaşmanın iqtisadi hissəsinin imzalanması iyunun sonuna kimi gerçəkləşməlidir.

Nail Cəlil


Müəllif: