12 İyun 2014 10:13
1 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnamda 2 qızın əyləncə həvəsi başlarına bəla olub.

Vyetnamda motosiklet həvəskarı olan iki qızın magistral yolda göstərdikləri "moto-şou"nun görüntüləri izlənmə rekordu qırır.

Motosiklet üzərində bir-birindən təhlükəli hərəkətlər edən gənc qızlar gözlənilmədən idarəetməni itirərək qəzaya uğrayıblar. Onların göstərdiyi şou və qəza görüntüləri yolda hərəkət edən digər nəqliyyat vasitəsində olan şəxs tərəfindən həvəskar kamera ilə çəkilib. Qəzada qızların qollarından və dizlərindən ciddi şəkildə yaralandıqları, zədə aldıqları bildirilir.

Motosikletdən istifadənin məşhur olduğu Cənub Şərqi Asiya ölkələrində bəzən sürücülər təhlükəsizliklərini nəzərə almırlar./anspress/



Müəllif: