12 İyun 2014 10:53

“Rusiyanın Soçi şəhərində Andranik Ozanyanın heykəli qoyulacaq. Şəhərin meri bununla bağlı mənə söz verib”. Teleqraf.com bildirir ki, bunu Rusiya erməniləri ittifaqının vitse prezidenti German Ananyanç deyib.

Onun sözlərinə görə, Soçidə Andranikin heykəlinin qoyulması üçün lazımi olan bütün sənədlər hazırdır.
“Biz hökumət rəsmiləri ilə danışıqlar aparmışıq. Heykəlin qoyulması üçün razılıq əldə olunub və bütün sənədlər hazırdır. Soçi meri Anatoli Paxomovla görüşdə o, heykəlin qoyulacağı ilə bağlı mənə söz verdi”.

Xatırladaq ki, Ermənistan hərbçisi Andranik Ozanyanın silahlı dəstələri 1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda azərbaycanlıların yaşadığları kəndləlirin dağıdılmasında və əhalisinin qırğınında böyük rol oynamışdı. Belə ki, onun silahlı dəstələri Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirir, meyitlərini isə Araz çayına atır. 1918-ci ilin sonlarında Andranikin dəstələri Qarabağda bir çox Azərbaycan kəndlərinə hücum edərək kütləvi qətllər törədir, kəndləri talan edir.

Rəsmi məlumatlara görə bu dövrdə 115 Azərbaycan kəndi dağıdılıb, 10 mindən artıq əhalisi qətlə yetirilib, əmlakları talan edilib.


Müəllif: