12 İyun 2014 12:01
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təlim rayonundakı hərbi aviasiya Su-27-lərlə qüvvətləndirilib.

Rusiya strateji bombardımançılarını və digər hərbi təyyyarələrini öz eksklavına – Kalininqrad vilayətinə göndərib.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, müvafiq aviasiya qrupu Rusiya Federasiyasının sərhədlərinin qorunması və Baltik dənizi akvatoriyasında dəniz kommunikasiyasının mühafizəsi ilə bağlı təlimlərdə iştirak edəcəklər.

Diqqəti çəkən odur ki, Kalininqrad vilayətində təlimlər NATO-nun Baltik ölkələri ilə birlikdə gerçəkləşdirdiyi Saber Strike-2014 və Baltops-2014 hərbi manevrləri ilə eyni vaxtda keçirilir. Rusiya tərəfindən hərbi təlimlərə cəlb olunan texnikanın və hərbçilərin sayı da NATO-nun manevrlərində iştirak edən qüvvələrin tərkibinə uyğundur.


Müəllif: