12 İyun 2014 13:40

Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenkonun inauqurasiyası deyəsən, tarixə dövlət başçılarının son illər ərzində ən ucuz başa gələn andiçmə mərasimlərindən biri kimi düşəcək. Belə ki, Poroşenkonun inauqurasiya mərasiminin təşkilinə cəmi 67 min dollar xərclənib.

Teleqraf.com-un LiqaBiznesİnform nəşrinin saytına istinadən verdiyi məlumata görə, sabiq Ukrayna prezidentlərin Viktor Yanukoviçə bu mərasim 250 minə, Viktor Yuşşenkoya isə 800 min dollara başa gəlib. Gürcüstanın yeni prezidenti Qeorqiy Merqvalaşvilinin andiçmə mərasimi daha sadə olub və 25 min dollara başa gəlib.

Dünyada inauqurasiyaya ən çox xərc çəkən isə ABŞ prezidentləridir. Amerikanın dövlət başçılarından Corc Buşun inauqurasiyasına 42,5 milyon, Bill Klintonun andiçməsinə isə 33 milyon dollar xərc çəkilib. Barak Obamanın müvafiq xərcləri isə 150 milyon dollardan çox olub.

Nail Cəlil


Müəllif: