12 İyun 2014 14:35
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ilin sonuna kimi Avropa Birliyi ilə vizasız rejimə keçə bilər.

Teleqraf.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukraynada Avropa Komissiyası nümayəndəliyinin başçısı Yan Tombinskiy açıqlama verib.

Onun sözlərinə görə, Avropa Birliyi ilin sonuna kimi vizasız rejimə keçməyə hazır olacaq: “Amma bu daha çox viza liberallaşdırmasının birinci mərhələsində müəyyən edilmiş məsələlərin icrasından asılı olacaq. Hələlik viza Ukraynanın liberallaşdırmasının ikinci mərhələsinə keçidi haqqında müvafiq qərar qəbul olunmayıb”.

Tombinskiy qeyd edib ki, vizasız rejimin tətbiqi assosiasiya haqqında razılaşma ilə birbaşa bağlı deyil və Avropa komissiyasının xüsusi səlahiyyətinə aid edilmir: “ Bu, Avropa Birliyinə üzv ölkələrin qərarından asılıdır.

O, həmçinin bildirib ki, Avropa Birliyinə üzv ölkələr artıq vizasız rejimin tətbiqi üzrə Avropa Komissiyasının tövsiyələrini qiymətləndirməyə başlayıb: "İlkin qiymətləndirmələr müsbətdir, amma qərar hələ qəbul edilməyib".

Nail Cəlil


Müəllif: