12 İyun 2014 16:13
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Şam İslam Dövlətinin Mosulda girov götürdüyü türk diplomatları sərbəst buraxıb.

İŞİD qaçırdığı türk diplomatlarını Mosul qubernatoruna təhvil verib. Diplomatların axşam saatlarında Türkiyəyə gətirilməsi gözlənilir.

Bundan başqa Türkiyə mətbuatının yazdığına görə, İŞİD girov götürdüyü sürücüləri də sərbəst buraxıb. Lakin onların harada və nə vaxt Türkiyəyə göndəriləcəyi barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, İraq və Şam İslam Dövləti Türkiyənin İraqdakı Baş konsulluğuna hücum etmişdi. Baş konsul Öztürk Yılmaz və digər türk diplomatları və sürücüləri girov götürmüşdü.

Fidan


Müəllif: