12 İyun 2014 20:15
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna ölkənin şərqində böhranın nizama salınması üzrə prezident Poroşenko tərəfindən təklif edilən plana Rusiya tərəfinin reaksiyasını gözləyir. Bu planın implementasiyası üzrə konseptual yanaşmaları hazırlayan əlaqə qrupunun iclası oldu. Biz bu konseptual sənəd haqqında Rusiya tərəfinin cavabını və mövqeyini gözləyirik”.

Teleqraf.com-un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Ukraynanın xarici işlər naziri vəzifələrini icra edən Andrey Deşisa bildirib.

Poroşenkonun sülh planı qiyamçılar tərəfindən atəşin dayandırılmasını və dinc əhalisi üçün humanitar dəhlizlərin yaradılmasını nəzərdə tutur. Yeni prezident rus dilinə azad regional dil statusu verilməsinin tərəfdarı kimi çıxış edir. O, silahlı müqavimətdən imtina edəcəkləri təqdirdə separatçılara amnistiya veriləcəyini, bölgələrdə növbədənkənar seçkilər keçiriləcəyini, əks mərkəzləşmənin qüvvətləndiriləcəyini vəd edib.

Nail Cəlil


Müəllif: