12 İyun 2014 23:57
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq prezidenti Corc Buş paraşütdən tullanmağı planlaşdırır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Birləşmiş Ştatların 41-ci prezidenti özdə Tvitter səhifəsində yazıb. Öz ad gününü məhz bu cür qeyd etməyi düşünən eks-prezidentin 90 yaşı tamam olacaq.

Böyük Buş Men ştatındakı Kennebankportdakı bağ evinə paraşütlə tullanacaq. Sabiq prezidentin mətbuat katibi bildirib ki, Buş son zamanlar əlil arabasında gəzsə də, adrenal hissini sevir.

Qeyd edək ki, bu qayda ilə Buş beş il əvvəl 85 yaşını qeyd edib. Keçmiş prezidentin sözçüsü qeyd edib ki, Buş bu addımı ilə yaşlı insanların da ekstremal idman növləri ilə məşğul ola biləcəyini göstərək istəyir.


Müəllif: