13 İyun 2014 00:14
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin aprelin 12-də Rusiya günü münasibəti ilə alimləri və mədəniyyət işçilərini mükafatlandırıb.

Teleqraf.com-un məlumatına görə, mükafat alanlar sırasında Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun direktoru Aleksandr Çubaryan da olub.

Rəsmi versiyaya görə, Çubaryan mükafatı elm və texnologiya, ədəbiyyat və incəsənət sahələrində, həmçinin humanitar fəaliyyətinə görə mükafatlandırılıb.

1931-ci ildə Moskvada erməni ailəsində dünyaya gəlmiş Aleksándr Oqánoviç Çubaryan əsasən kitabxanaşünaslıq sahəsində çalışıb. Onun doktorluq dissertasiyası “V.İ.Lenin və sovet xarici siyasətinin formalaşması (1917-1922)” mövzusunu əhatə edib.

Fidan


Müəllif: