13 İyun 2014 09:42

Türkiyədə güclü zəlzələ baş verib.

Zəlzələ Aralıq dənizində yerləşən Oniki adaları sahillərində qeydə alınıb.

Türkiyə Fövqəladə Hallar idarəsindən verilən məlumata görə, səhər saatlarında baş verən zəlzələnin gücü 4,8 bal təşkil edib. Yeraltı təkanlar 15 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, ötən gün də Aralıq dənizində 5,2 bal gücündə zəlzələ baş vermişdi.

Ümumiyyətlə Türkiyədə son bir necə həftədə seysmik aktivlik müşahidə edilir. Bir necə şəhərdə bir birinin ardınca zəlzələlər qeydə alınıb./anspress/


Müəllif: