13 İyun 2014 10:17
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqı zəbt etmək yolunda mübarizə aparan İraq Şam İslam Dövləti (İŞİD) adlı qruplaşmaya dəstək olan ən güclü qüvvənin adı açıqlanıb.

İraq lideri Səddam Hüseynin indiyə qədər ələ keçirilməyən yeganə "sağ əli" hesab edilən İzzət İbrahim əl-Durinin İŞİD-ə dəstək verdiyi iddia edilir.

ABŞ-ın nüfuzlu qəzeti “Nyu York Tayms”ın yaydığı məlumatlarda qeyd olunub ki, Mosuldan sonra Tikriti ələ keçirən İŞİD devrilən Səddam Hüseyn rejminin davamçıları ilə ittifaq qurub.

Səddamçıların Nuri əl-Malikini devirmək üçün bu yola əl atıblar.

İttifaqa rəhbərlik edən şəxsin Səddam Hüseynin zamanında baş nazirin müavini vəzifəsində çalışan İzzət İbrahim əl-Duri olduğu bildirilir.

Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib./anspress/


Müəllif: